Tərtər rayonunun təbii şərait və təbii ehtiyat potensialının coğrafi qiymətləndirilməsi
Main Article Content
Özet
Məqalədə Tərtər rayonunun təbii şərait və təbii ehtiyatları və onların insanların həyat fəaliyyəti və təsərrüfatın inkişafına təsirləri araşdırılmışdır.Rayonun torpaq sahələrində əkilən bitkilərin strukturu və məhsuldarlığı təhlil edilmişdir. Belə ki, əlverişli torpaq və iqlim ehtiyatları burada taxılçılıq və pambıqçılığın inkişafı üçün əlverişlidir. Həmçinin əvvəllər rayonda üzümçülüyün inkişafından və gələcəkdə inkişaf perspektivlərindən bəhs olunmuşdur.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramları təhlil olunmuş, rayonda nə dərəcədə tətbiq olunması, gələcək illərdə də tətbiqi araşdırılmışdır. Rayon ərazisindən axan Tərtərçayın böyük enerji ehtiyatı və suvarma əhəmiyyəti qeyd olunmuşdur. Tərtərçay üzərində tikilmiş Suqovuşan su anbarının işğaldan azad olunmasının rayonun torpaq sahələrinin suvarılmasında əhəmiyyətindən bəhs olunmuşdur. Həmçinin “Suqovuşan – 1” və “Suqovuşan – 2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurulmasının elektrik enerjisinin istehsalında əhəmiyyəti qeyd edilmişdir.
Article Details

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
- Ulusal Eğitim Dergisinde yayınlanan tüm içerik ve makaleler "Creative Commons Alıntı 4.0 Uluslararası Lisansı" ile lisanslanmıştır.