Qarabağ müharibəsi qəhrəmanları fondunun gəncliyə töhfəsi
Main Article Content
Özet
Bu məqalənin əsas məğzi “Erməni -Azərbaycan munaqişəsindən”, Azərbaycanın qəhrəman, qeyrətli oğullararının 44 gündə Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən bəhs edir. Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin qədim və zəngin tarixi, mədəniyyəti, təkrarolunmaz təbiəti, əsrarəngsiz maddi-mədəni irsi, milli incəsənəti,xalq yaradıcılığı ilə fərqlənən, diqqəti cəlb edən ən gözəl guşələrindən biri Qarabağ bölgəsidir. “Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ” ölkəmiz üçün ən ağır problemdir . Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Bu məsələ əvvəl-axır öz həllini tapmalı idi. Zəfər tarixlərini sərkərdələr yazırlar . Və həm də hər sərkərdə yox. Ali Baş Komandanımız İlham Əliyev kimi dahi sərkərdələr, 44 günlük Vətən müharibəsində yazdığı kimi. 2020-ci il sentyabrın 27-də “İrəli! ” əmri ilə başladı rəşadətli Ordumuzun əks hücumu və düşmən ağ bayraq qaldırana kimi davam etdi.Bu qələbənin əsas yükünü də məhz onun müstəqil Azərbaycana rəhbərliyi dövründə vətənpərvərlik ruhunda tərbiyə alan gənclər çəkdilər. Mərkəzi Elmi Kitabxanası Qarabağ müharibəsi qəhrəmanları fondu, 26 iyul 2021- ci il Silahli Qüvvələrin yaranması tarixində açılışı olmuşdur. Fond Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə yaradılmışdır. Fondumuzda 44 gündə tarix yazan, igid oğullarımız haqqında məlumatlar toplanılır, onların ən son oxuduğu kitablar qorunub saxlanılır. Fondda onlar üçün fotoşəkillərdən ibarət guşələr yaradılıb, lövhələr asılıb.
Article Details

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
- Ulusal Eğitim Dergisinde yayınlanan tüm içerik ve makaleler "Creative Commons Alıntı 4.0 Uluslararası Lisansı" ile lisanslanmıştır.