Ekoloji sahibkarlıq: Davamlı gələcəyə aparan yol
Main Article Content
Özet
Son illərdə aparılan tədqiqat və araşdırmalara nəzər salsaq sahibkarlar və tədqiqatçılar tərəfindən ətraf mühit və ekologiya ilə bağlı problemlərin əvvəlki illərlə müqayisədə üstünlük təşkil etdiyini görərik. Bunun əsas səbəblərindən biri sənayeləşmə, sürətlə artan əhali və müasir həyatın yaratdığı ekoloji problemlərin yavaş-yavaş dünyanın sonunu gətirməsidir. Ətraf mühitin çirklənməsi, təbii ehtiyatların sürətli şəkildə istehlakı və biomüxtəlifliyin tükənməsi davamlı inkişafı iflic vəziyyətinə salır. Bu gün ekoloji problemlər bütün insan fəaliyyətinə birbaşa və dolayı yoldan təsir edən mühüm amillərdən birinə çevrilib. Ətraf mühitin mühafizəsi və ətraf mühitə mənfi təsirlərin idarə edilməsi bilavasitə bütün insanların və canlıların gələcəyi ilə bağlıdır. Çünki insanlara xidmət etmək, müəssisələrin davamlılığı üçün çalışmaq və dünyaya iqtisadi töhfə vermək kimi vəzifələri həyata keçirmək yalnız təbiət mövcud olduğu müddətdə mümkündür. Buna da eko-sahibkarların sayının artırılması ilə nail olmaq mümkündür. Eko-sahibkarlar öz fəaliyyətlərində sözügedən məsələlərin hər birini nəzərə alır. Günümüzdə eko-sahibkarlar davamlı inkişaf və bir çox müəssisələrin yaranma mərhələsində, habelə ekoloji cəhətdən təmiz müəssisə kimi fəaliyyətə başlaması baxımından mühüm dəyişiklik vasitəsi kimi qəbul edilir. Qlobal miqyasda dayanıqlı şəkildə qurulmayan təşkilatlar dünyanın harasında olmasından asılı olmayaraq, sağlamlığımıza mənfi təsir göstərir, ömrümüzü qısaldır və gələcək nəsillərə qoyacağımız mirası məhv edir. Yuxarıda bəhs edilən problemlərin get-gedə daha da artması ekoloji maarifləndirməni ortaya çıxarmışdır ki, bu fərqindəlik ətraf mühiti ən böyük qlobal bazarlardan birinə çevirmişdir. Nəticədə davamlı layihələr, texnologiyaya uyğun yenilikçi və yaradıcı sahibkarlar ön plana çıxmışdır. Ətraf mühitə diqqət yetirən eko-sahibkarlıq kimi də tanınan yaşıl sahibkarlıq ekosistemdəki sahibkarların artıq yeni diqqət mərkəzinə çevrilib. Məhz elə bu məqalədə də ekoloji cəhətdən təmiz, ətraf mühitə zərər verməyən və insan sağlamlığına təhlükə yaratmayan sahibkarlıq növündən, onun əhəmiyyətindən, hərəkətverici inkişaf qüvvələrindən, dayanıqlı inkişafda rolundan, günümüzdə ekoloji sahibkarlığın üzləşdiyi maneələrindən bəhs edilir.
Article Details

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
- Ulusal Eğitim Dergisinde yayınlanan tüm içerik ve makaleler "Creative Commons Alıntı 4.0 Uluslararası Lisansı" ile lisanslanmıştır.