Naxçıvan ədəbi mühiti nümayəndələrinin nəsr əsərlərinin dil və üslub xüsusiyyətləri (XX əsrin əvəlləri)
Main Article Content
Özet
XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin nəsr yaradıcılıqları dövrün dil mənzərəsini real, əyani şəkildə incələmək baxımından maraqlıdır. Məqalədə ədəbi mühit nümayəndələrinin bədii əsərlərində surətlərin nitqinin xarakterik xüsusiyyətləri incələnmiş, üslub spesifikliyi tədqiqata cəlb edilmişdir. Hadisə, əhvalatların, eləcə də obrazların fərdi sosial xarakterinin açılmasında müstəsna əhəmiyyəti olan dialoq və monoloqlar bədii dilin imkanlarını, üslub və tərzini hərtərəfli şəkildə özünü göstərə bilmişdir. Ədiblərimiz müxtəlif obrazlar silsilələrinin düşüncə tərzini, sosial mövqelərini özünəməxsus şəkildə qurmuş, fərdi üslubun daşıyıcılarının nitqində rəngarəng bədii təsvir və ifadə vasitələrinə geniş yer vermişdilər. Bədii nəsrdə dövrün dil xüsusiyyətləri, danışıq tərzi həm müəllif, həm də surətlərin nitqində əks olunmuşdur. Ədiblər şivə çalarlarına yerli-yerində müraciət etmiş, emosionallıq və ekspressivlik yaradan loru, vulqar söz və ifadələri yeri gəldikcə obrazların dilində əks etdirmiş, dilin məcazilik imkanlarını, ümumxalq ifadələrin semantik tutumunu əsərlərində dolğun şəkildə təqdim etmişdirlər. Tədqiqata cəlb olunmuş bədii nümunələrdə obrazların tipik nitqi və canlı danışığında, yeri gəldikcə, şivə leksikası, köhnəlmiş sözlər və alınmalar, termin səciyyəli sözlər geniş yer almışdır.
Article Details

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
- Ulusal Eğitim Dergisinde yayınlanan tüm içerik ve makaleler "Creative Commons Alıntı 4.0 Uluslararası Lisansı" ile lisanslanmıştır.