Alüminium sənayesinin qlobal perspektivdən təhlili
Main Article Content
Özet
Strateji metal olan alüminium mühüm istehsal vasitəsi olaraq qlobal iqtisadiyyatın önəmli parçasını təşkil edir. Bu elmi məqalədə qlobal alüminium sənayesinin bir sıra mühüm göstəriciləri araşdırılmış, statistik məlumatlar və gedişatlar tədqiq edilmişdir. Tədqiqat işi olaraq əsas istiqamət alüminium bazarının substantiv əsaslarla analitikasıdır. Araşdırma işinin məqsədi alüminium sənayesinin qlobal perspektivdən iqtisadi təhlillərini aparmaq, bu sahə üzrə dominant ölkə və şirkətlərin istehal güclərini göstərməklə yanaşı gələcəyə dair ümumi gözləntilərin ifadə edilməsidir. Alüminium sənayesinin analitikasını aparmaqla qlobal texnoloji trendləri, yenilikləri və gələcək innovasiyaları görmək mümkündür. İqtisadi-texnoloji vektor olaraq alümimium çox önəmli, strateji xüsusiyyətlərə malikdir. Bu baxımdan alümimium vasitəsilə sadəcə onun özünün geniş platformasını deyil, bütün qlobal dünyanın iqtisadi-siyasi aləmini, dəyişən dünyanın modern fəlsəfəsini dərk etmək mümkündür. Tədqiqat işinin məqsədi qlobal perspektivdən alüminium sənayesinə elmi-statistik və elmi-informativ baxış həyata keçirtməkdir. Göstərilən qrafiki təsvirlər, trend və tendensiyalar qlobal əhəmiyyətli bu sahənin mövcud sistemini həm faktoloji əsaslarda, həm də nəzəri-futuristik formada əsaslandırmışdır. Dünyəvi elmi-iqtisadi praktikalardan ilham alaraq qlobal alüminium sənayesinin analitik təhlilləri bu sahədə daima inkişaf etməyə çalışan Azərbaycan elmi mühiti üçün də önəmli xarakter daşıyır. Dünyanın qlobal alüminium bazarının mövcud durum və dəyişikliklərini araşdırmaq ona inteqrasiya etmək üçün vacib elmi baza əhəmiyyətinə malik olmaqdır.
Article Details

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
- Ulusal Eğitim Dergisinde yayınlanan tüm içerik ve makaleler "Creative Commons Alıntı 4.0 Uluslararası Lisansı" ile lisanslanmıştır.