İdman məşqlərinin keçrilməsi prosesində musiqinin rolu
Main Article Content
Özet
Məlumdur ki, musiqi hər bir insanı həyata bağlayan, onun zövqünü oxşayan, ruhunu aydınlandıran bir vasitədir.İnsan sevincli, kədərli zamanlarında musiqi dinləyərkən böyük zövq alır. Musiqi öz gözəlliyi ilə insanın hisslərini, həyəcanını notlarla ifadə edir. Musiqi ilə bərabər idman da insanın əyləncə vasitəsi olub, onun sağlamlığının keşiyində durur. Hər iki sahənin bir-birinə bağlı, qırılmaz telləri vardır. İdman məşqlərində, idman dərslərində, yarışlarda musiqidən funksional istifadə edilməsi idmançılarda əhval-ruhiyyəni yüksəltmək və dözümlülüyü inkişaf etdirməklə bərabər qüvvə, cəldlik, surət kimi fiziki kefiyyətlərin formalaşmasında böyük rol oynayır. Müasir bacarıq və qabiliyətlərimizi keçmişin intelektual səviyyəsi ilə müqayisə etmək, onu birləşdirmək məqsədə uyğundur. İdman və musiqi arasında vəhdətlik möhkəmlənməsində müəllim və məşqçilərin, musiqi müəllimlərinin böyük rolu vardır. Hər bir mütəxəssis idmanla incəsənətin sıx qarşılıqlı əlaqəsinə fikir verməlidir. İncəsənət idmanla çox yaxın olmalıdır və idmana incəsənətin əsası kimi baxmaq zəruridir. Məlumdur ki, idmanda musiqinin tətbiq olunmasını ilk dəfə Sparta ölkəsi irəli sürmüşdür. Eramızdan əvvəl 688-ci ildə Sparta ölkəsində gekzamen ritmində ifa edilən “gipnopediya” və “pirrixiy” mahnılarının melodiyası altında ritmik hərəkətlər, əlbəyaxa döyüş, güləş yerinə yetirilirdi. Buradan aydın olur ki, musiqi ilə idmanın vəhdətinin qədim tarixi vardır. Aydındır ki, idmançının qələbə psixologiyası həm məşqçilər, həm musiqiçi mütəxəssisləri, eləcə də idman müəllimləri və psixoloqlar üçün çox maraqlıdır. Hal- hazırda idmançılar və musiqiçilər həyatın ən gözəl çağlarını yaşayırlar. Nəzərə almaq lazımdır ki, idmançıların tam hazırlığı onun psixoloji, fiziki, texniki və taktiki hazırlığından ibarətdir. Əsas məqamlardan sayılan ruhu oxşayan, həvəsləndirici musiqi hazırlığı yoxdursa, qalan başqa hazırlıqlar (fiziki, texniki və taktiki, psixoloji) nə qədər gücülü olsa da, qalibiyyət qazanmaq heçə enir. Musiqi idmançının qalbiyyət qazanmağa ruhlandırır. Musiqi ruhu idmançıda, onun həyatında mühüm rol oynayır, qələbəyə həvəsləndirir. Musiqi hazırlığı, musiqi sevgisi olan idman sevgisi olan idmançılarda ilk növbədə dünyanı dərk etməklə özünü dərk edir, gələcəyə doğru addımları güclənir. Beləliklə idmançı mənəvi, etik və iradi möhkəmliyə nail olur. Musiqi ilə nəfəs alan idmançılar və insanları heç bir qüvvə heç zaman yolundan döndərə bilmir. Buna görə də musiqi ilə idmanın vəhdəti ən vacib məsələlərdən biridir. Cəmiyyətimizdə idman musiqinin vəhdəti üçün hər cür imkanlar yaradılır.
Article Details

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.
- Ulusal Eğitim Dergisinde yayınlanan tüm içerik ve makaleler "Creative Commons Alıntı 4.0 Uluslararası Lisansı" ile lisanslanmıştır.