Naxçıvanın iqlim və torpaq resurslarının kənd təsərrüfatının inkişafında rolu

Main Article Content

Aynur İbrahimova

Özet

Məqalədə Naxçıvan Muxtar Respublikasının iqlim və torpaq resursları, onların kənd təsərrüfatının inkişafı baxımından qiymətləndirilməsindən bəhs edilir. İlk öncə iqlim və torpaq əmələgəlmə ünsürləri qeyd edilmiş, onların növlərinin şaquli qurşaqlıq qanununa uyğun sırası verilmişdir. Hündürlüklər üzrə temperatur və yağıntının dəyişməsi, onların orta illik miqdarı, torpaq örtüyünün şaquli qurşaqlıq qanununa tabe olması faktorları da nəzərə alınmışdır. Kənd təsərrüfatına uyğun bitkilərin seçilməsi, əkmə vaxtının müəyyən edilməsində iqlim amilinin nəzərə alınması, vegetasiya dövründə fəal temperaturların cəmi və onun əkinçiliyin inkişafında rolu da həmçinin məqalədə qeyd edilir. Nəticədə isə son statistik məlumatlar əsasında kənd təsərrüfatının müasir səciyyəsi qeyd edilmiş, statistik təhlillər verilmiş və inkişafının perspektiv istiqamətləri qeyd edilmişdir. Təsərrüfat kompleksinin inkişafında dövlət proqramlarının qəbul olunması və irəli sürülən perspektivlər, təsərrüfatın inkişafına qoyulan investisiyalar regionda kənd təsərrüfatının inkişafına şərait yaradacaqdır.

Article Details

Nasıl Atıf Yapılır
İbrahimova, A. (2022). Naxçıvanın iqlim və torpaq resurslarının kənd təsərrüfatının inkişafında rolu . Ulusal Eğitim Dergisi, 2(8 Kasım-Zafer Günü Özel Sayısı), 385–393. Geliş tarihi gönderen https://uleder.com/index.php/uleder/article/view/113
Bölüm
Derlemeler
Yazar Biyografisi

Aynur İbrahimova, Bakü Devlet Üniversitesi