Bədii mətnlərdə, gündəlik danışıqda, natiqlərin nitqindəparalelizmin, xiazmın, inversiyanın rolu

Main Article Content

Ayşən İmamzadə
https://orcid.org/0000-0002-5662-8855

Özet

Dilçilik tarixi boyu mətn, onu əhatə edən mövzular həm azərbaycanlı, həm avropalı, həm də rusiyalı alimlərin əsas tədqiqat obyekti rolunu oynamışdır. Mətnlərlə bağlı sahələrin yaranması onların strukturuna, üslubuna, formalarına olan marağı artırdı. Yeni üslubi fiqurlar yarandı, əvvəllər heç bir tədqiqatçının diqqətini çəkməyən fiqurlar önə çıxarıldı. Ən vacib üslub fiqurlar sırasına xiazmı, inversiyanı əlavə etmək olar. Üslubi fiqurlar, eləcə də xiazm və inversiya təkcə dilçiliyin deyil, ədəbiyyatsünaslıq, psixolinqvistika, poetika, polemika kimi sahələrin tədqiqat mövzularına daxil olmuşdur. Mətnlərə olan maraq çoxaldıqca, xüsusilə də, bədii mətnlər tədqiqat obyektinə çevrildikcə yeni bir elm sahəsi olan mətnşünaslıq yarandı. Mətnşünaslığın yaranması ilə üslublar diqqət mərkəzinə gətirildi. Xiazm və inversiya kimi fiqurların ta yaranma dövründən başlayaraq inkişaf mərhələsi, işlənmə dairəsi araşdırılmağa başladı. İnversiya və xiazm, xüsusilə də, poeziyada, bədii mətnlərdə işlənirdi. Çünki, bu cür texniklər bədii mətnlərə canlılıq, poetiklik gətirməklə yanaşı, oxucuların da mətnin məğzini anlamasını asanlaşdırır. İnversiya və xiazm paralelizm və ya təkrarlanma ilə də əlaqəlidir. Təkrardan daha çox nəzm əsərlərindən istifadə edilsə də, nəsr əsərləində də xüsusi rola malikdir. Bir çox bədii mətnlərdə müəlliflər təkrarın müxtəlif növlərindən ustalıqla istifadə etməyi bacarmış, oxucu diqqətini öz əsələrinə yönəltmişdir. Xiazm müəyyən səsləri, söz və ya birləşmələri tərsinə təkrarlanması və ya tərsinə paralelləşməsi yolu ilə əsas sözləri, ifadələri vurğulayır mətnlərin əsas ideyasını çatdırır. İnversiya isə məqsədyönlü şəkildə cümlə daxilində söz sırasının pozulmasıdır. Əslində bu xarakterinə görə xiazma yaxın olan inversiyabəzi xiazm olan strukturlarda görülə bilər. Bu metodlar təkcə müasir dövr ədəbiyyatında deyil, qədim dövrün ədəbi incilərində də əsas üsullar kimi natiqlər, şairlər, filosoflar, mütəfəkkirlər tərəfindən istifadə edilmişdir.

Article Details

Nasıl Atıf Yapılır
İmamzadə, A. (2022). Bədii mətnlərdə, gündəlik danışıqda, natiqlərin nitqindəparalelizmin, xiazmın, inversiyanın rolu. Ulusal Eğitim Dergisi, 2(8 Kasım-Zafer Günü Özel Sayısı), 364–378. Geliş tarihi gönderen https://uleder.com/index.php/uleder/article/view/72
Bölüm
Derlemeler
Yazar Biyografisi

Ayşən İmamzadə, Azərbaycan Dillər Univrsiteti