Güləş idmanı ilə məşğul olanlarda fiziki iş qabiliyyətinin və xarici tənəffüsün funksional göstəricilərinin tədqiqi

Main Article Content

Evez Tagiyev

Özet

XülasəMövzu güləş idmanı ilə məşgul olan idmançıların təlim-məşq prosesinin gedişində fiziki hazırlıq səviyyəsini öyrənmək məqsədilə onlarda fiziki iş qabiliyyətinin və aerob dözümlüyün xarici tənəffüsün funksional göstəricilərinin tədqiqidən bəhs edilir. İdmançılarda fiziki hazırlığın yüksəldilməsi, onlarda vegetativ funksiyalar və çətin (böhranlı) vəziyyətlərdən çıxmaq üçün iradi olaraq tənəffüs hərəkətlərinin icra olunması idman təcrübəsində özünü göstərir. Bu mənada tənəffüs hərəkətləri həm də iradi tənzimlənə bilməsi səbəbindən, onların köməyi ilə digər daxili orqanların funksional vəziyyətinə təsir edir. Tənəffüs hərəkətlərinin əsas məğzini onun ritminə, dərinliyinə və tezliyinə əsaslanaraq ürək-damar sisteminin funksioanl vəziyyətini təyin etmək mümkün olur. Qanda oksigen və karbon qazının nisbətindən aslı olaraq ürək vurğularının tezliyi də ani olaraq dəyişir. Ona görə də qarşıya qoyulan məqsədə görə, müvafiq vəzifələrin həlli planlaşdırılmışdır.


 

Article Details

Nasıl Atıf Yapılır
Tagiyev, E. (2022). Güləş idmanı ilə məşğul olanlarda fiziki iş qabiliyyətinin və xarici tənəffüsün funksional göstəricilərinin tədqiqi. Ulusal Eğitim Dergisi, 2(8 Kasım-Zafer Günü Özel Sayısı), 418–422. Geliş tarihi gönderen https://uleder.com/index.php/uleder/article/view/93
Bölüm
Derlemeler
Yazar Biyografisi

Evez Tagiyev, Nahçivan Devlet Universitesi